"Keşlə" növbəti transfer reallaşdırıb. Klub rəhbərliyi ilə futbolçu Miyuşko Bojoviç arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Monteneqro vətəndaşı olan müdafiəçi ilə bağlanmış sözləşmənin müddəti 1 il təşkil edir. Müdafiəçinin son klubu "Uypeşt" olub.

"Keşlə" növbəti transfer reallaşdırıb. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Belə ki, klub rəhbərliyi ilə futbolçu Miyuşko Bojoviç arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Monteneqro vətəndaşı olan müdafiəçi ilə bağlanmış sözləşmənin müddəti 1 il təşkil edir.

1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun "Rudar", Belçikanın "Şarlerua" və "Vasland-Beveren", Kiprin "Enosis", Macarıstanın "Qyirmot və "Uypeşt" komandalarında çıxış edib. Müdafiəçinin son klubu "Uypeşt" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest