ölkə daxilində təlim-məşq toplanışında olan "Zirə" ilə "Keşlə"nin hazırlıq planında dəyişiklik olub. Matc.az xəbər verir ki, paytaxt klubları öncədən təyin edilən vaxtda yoxlama görüşündə üz-üzə gəlməyəcək.

Belə ki, klublar iyulun 13-də qarşılaşmağı planlaşdırırdılar. Lakin oyun ayın 18-nə keçirilib. Matç həmin gün saat 18:00-da Zirə İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, buna qədər "Zirə" 2, "Keşlə" isə 1 yoxlama görüşü keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest