Yaponiya millisinin futbolçusu Xiroki Abe karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Barselona" ilə anlaşıb.

Bu barədə sol cinah oyunçusunun klubu "Kasima Antlers" məlumat yayıb. Yaponiya təmsilçisi artıq tərəflər arasında razılığın əldə olunduğunu bəyan edib. Futbolçu Kataloniya klubunda tibbi müayinədən keçdikdən sonra uzunmüddətli müqavilə imzalayacaq.

Abe transferi ilə bağlı bunları deyib: "Komandanı tərk etmək ağır qərar idi. Amma mən "Barselona"ya keçirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest