Türkiyəni çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" daha bir transferə hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Arda Turan doğma komandasına qayıtmaq üzrədi.

ötən mövsümü icarə əsasında "Başakşəhər"də keçirən ulduz futbolçu artıq İstanbul klubundan ayrılıb. Hazırda müqavilə ilə "Barselona"ya məxsus olan 32 yaşlı oyunçu yetirməsi olduğu "Qalatasaray" rəhbərliyi ilə görüşüb və ortaq məxrəcə gəlib. İndi yalnız "Barselona"nı transferə razı salmaq qalır.

Qeyd edək ki, "Qalatasaray" buna qədər Rayan Babel, Şener özbayraklı, Valentin Ozornvafor, Cimmi Durmaz və Adəm Büyükü transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest