Türkiyə futbolunda maraqlı transfer hadisəsi baş verib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, I liqaya yenicə vəsiqə qazanan "Menemenspor" yanlış oyunçu ilə müqavilə bağlayıb.

Məsələ burasındadı ki, rəhbərlik menecerlər vasitəsilə təklif edilən və video görüntüləri izlənilən İtaliya B seriyası komandası "Salernitana"nın qambiyalı hücumçusu Lamin Yallovla anlaşıb. Oyunçu İzmirə dəvət olunub və iyulun 8-də rəsmi müqavilə imzalanıb. Lakin sonradan məlum olub ki, sözləşməyə qol çəkən Yallov bəyənilən Yallov deyil. Sən demə, klubun formasını geyinən və əli sıxılan oyunçu Portuqaliyanın III liqa təmsilçisi "Alkoketense"li Alfa Yallov olub.

Bu aşkara çıxdıqdan sonra 21 yaşlı qambiyalı tələm-tələsik geri qaytarılıb. Beləliklə, "Menemenspor"un tarixində 2-ci əcnəbi futbolçu transferi biabırçı sonluqla nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest