"Atletiko"nun hücumçusu Antuan Qrizmannın "Barselona"ya transferi bu gün açıqlanacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, keçid üçün son proseslər gedir.

Belə ki, Fransa millisinin üzvünün vəkilləri La Liqanın ofisinə 120 milyon avroluq sərbəst qalma məbləğini aparıblar. Hazırda həmin pul nəzarətdən keçirilir. Hər şey qaydasında olacağı təqdirdə gün ərzində 28 yaşlı forvard azad agent statusu alacaq və "Barselona" onun transferini rəsmən açıqlayacaq.

Qeyd edək ki, Antuan Qrizmann yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest