"Bavariya" daha bir yeni transferini ictimaiyyətə təqdim edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Benjamin Pavar Münhen təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

ötən mövsüm "Ştutqart"ın formasını geyinən 23 yaşlı cinah müdafiəçisi hələ yanvardan "Bavariya" ilə anlaşmışdı. Bu gün isə onun keçidi rəsmən açıqlanıb. Fransa millisinin üzvü yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Penjamin Pavar ötən mövsüm 31 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest