İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb. Matc.az xəbər verir ki, bədii gimnastikanın fərdi yarışlarında Zöhrə Ağamirova çövnövçülük proqramında gümüş medala sahib olub. 
 
4 hərəkətin cəmində 75,425 xal toplayan Ağamirova 32 iştirakçı arasında 2-ci yeri tutub. Qızıl medala 83,600 xalla rusiyalı Yekaterina Seleznyova, bürünc medala isə 72,600 xalla ABŞ təmsilçisi Laura Yihan Zenq layiq görülüb.
 
Hazırda Azərbaycan 2 qızıl (Nazim Babayev, Marina Nekrasova), 2 gümüş (Hidayət Heydərov, Zöhrə Ağamirova), 2 bürünc (Patimat Abakarova, cüdo üzrə milli komanda) medalla 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest