Ukraynanın "Aleksandriya" klubunun Bolqarıstanda təlim-məşq toplanışı başlayıb. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu Premyer Liqa təmsilçisi Banskodakı hazırlıq prosesi çərçivəsində üç yoxlama oyunu keçirməyi planlaşdırır.
 
Futbolçumuzun komandası "Qandzasar" (Ermənistan), "Altın Asır" (Türkmənistan) və AEL (Kipr) klubları ilə qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest