Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" növbəti yoxlama görüşünü keçirib. Matc.az saytının məlumatına görə, II Bundesliqa təmsilçisi Danimarka klubu "Frederika" ilə üz-üzə gəlib.

Danimarkalılar 7-ci dəqiqədə hesabı açsa da, meydanı məğlub tərk ediblər. Nazarov 71-ci dəqiqədə mübarizəyə qoşulub. Məhz bundan sonra almanlar 2 qol vuraraq, meydanı qalib tərk ediblər - 2:1.

"Aue"nin heyətində 76-cı dəqiqədə Florian Kruqer, 80-ci dəqiqədə isə Kristof Daferner fəqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest