İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Jerson karyerasıını Braziliyada davam etdirəcək. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Braziliyanın "Flamenqo" klubuna transfer olunub.

Bu keçid üçün Braziliya təmsilçisi "canavarlar"a 11,8 milyon dollar ödəyib. Futbolçu köhnə-yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Son mövsümü icarə əsasında "Fiorentina"da keçirən "sambaçı", 2016-cı ildən "Roma"da çıxış edirdi. O, bu müddət ərzində keçirdiyi 42 oyunda 2 qolla yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest