Almaniyanın "Proyssen" klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi 3-cü Bundesliqa təmsilçisi Hollandiyanın "Herakles" klubu ilə qarşılaşıb. 
 
Dörd qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.
 
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 54-cü dəqiqədə penaltidən fərqlənən millimizin üzvü vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest