Futbol üzrə Rumıniya çempionatında 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, "Səbail"in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Universitatya Krayova" klubu da yeni mövsümdə ilk oyuna çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Akademika Klinçeni" ilə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma Krayova təmsilçisinin qələbəsiylə başa çatıb – 3:2.
 
"Səbail"lə "Universitatya Krayova" arasında Bakıda keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 2:3 hesabı ilə məğlub olub. Cavab matçı iyulun 18-də Rumıniyada keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest