İspaniya çempionu "Barselona" yeni transferi Antuan Qrizmannı ictimaiyyətə təqdim edib. Matc.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Madrid "Atletiko"sundan transfer olunan fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
28 yaşlı hücumçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, "Barselona" Qrizmannın keçidi üçün "Atletiko"ya 120 milyon avro təzminat ödəyib. Baxmayaraq ki, Madrid klubu bu keçidə görə qarşı tərəfdən əlavə 80 milyon avro da tələb edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest