çimərlik futbolu üzrə Azərbaycan millisi Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə oyunlarında iştirak edəcək. Matc.az xəbər verir ki, turnir iyulun 17-dən 28-dək təşkil olunacaq.

İyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq millimizin heyətinə 12 futbolçu dəvət olunub.

Yığmanın heyəti: Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Elgiz Kərəmli, Sabir Allahquliyev, Rafiq Kərimov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest