PSJ-nin hücumçusu Neymar komandasının düşərgəsinə qoşulub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, dünən ölkəsindən Fransaya yollanan Braziliya millisinin üzvü bu gün bazaya gedərək, məşqlərə başlayıb.

Superulduz komandasına qoşulsa da, hələ də "Barselona"ya keçmək niyyətindədi. Bu məqsədlə o, yaxın günlərdə PSJ-nin idman direktoru Leonardo ilə görüşəcək. Görüş zamanı onun "Barselona"ya transferi müzakirə olunacaq. Paris klubunda özünü xoşbəxt hiss etməyən forvard sabiq komandasına dönmək niyyətindədi.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest