"Ayntraxt"ın hücumçusu Sebastian Aller karyerasını İngiltərədə davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı forvard "Vest Hem"ə keçib.

Klublar arasında danışıqlar müsbət nəticələnib və fransalı futbolçu bu gün yeni komandasında tibbi müayinədən keçəcək. Bu prosedur müvəffəqiyyətlə tamamlandıqdan sonra rəsmi müqavilə imzalanacaq. Keçid londonlulara 40 milyon funt-sterlinqə başa gələcək. Bu isə Premyer Liqa klubu tarixində rekord transfer olacaq.

Qeyd edək ki, Sebastian Aller "Ayntraxt"a 2017-ci ildə "Utrext"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest