"Bavariya" və "Vikinq" komandaları arasında keçirilən Çempionlar Liqasının ümumi mərhələsinin ikinci tur oyunundan sonra meydanda yaşanan insidentlə bağlı yeni açıqlama yayılıb.
Matc.az xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalı Almaniyanın "Sport1" nəşrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Norveç təmsilçisi "Vikinq"in yarımmüdafiəçisi Kristoffer Askildsen münhenlilərin fransalı vingeri Maykl Olisenin matç zamanı göstərdiyi davranışdan danışıb. Norveçli futbolçu Olisenin hərəkətinə sərt reaksiya verib: "O, nümayişkaranə şəkildə topu atanda ürəyimdə dərhal fikirləşdim: "Nə axmaq adamdır".
Xatırladaq ki, Maykl Olise topu rəqib komandanın kapitanı Zlatko Tripiçin üzünə atdığı üçün meydandan qovulub. Bu, 3:3 hesabı ilə başa çatan qarşılaşmada fransalı futbolçunun karyerasındakı ilk qırmızı vərəqə olub. Belə ki, vinger daha əvvəl çıxış etdiyi "Redinq", "Kristal Pelas", "Bavariya" klublarında və Fransa millisində heç vaxt meydandan kənarlaşdırılmayıb.













