"Qarabağ"ın transfer etmək istədiyi yeni futbolçunun kimliyi müəyyənləşib. Matc.az xəbər verir ki, sabah tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq sözügedən oyunçunun adı klub tərəfindən hələ ki, gizli saxlanılır.
 
Amma onun son olaraq Türkiyənin "Osmanlıspor" klubunda forma geyinən Maqaye Qeye olduğu üzə çıxıb. Fransada anadan olan Seneqal əsilli forvard "Strasburq"un yetirməsidi. Peşəkar karyerasına da məhz sözügedən klubda başlayan forvard, 2010-cu ildə İngiltərə təmsilçisi "Everton"a satılıb. 2013-cü ildə İngiltərə klubu onu qısa müddətə "Brest"ə icarəyə verib. 2014-cü ildə "Everton"dan İngiltərənin digər klubu "Milluol"a transfer olunub. 2015-ci ildə Türkiyəyə üz tutan Qeye, 2018-ci ilə qədər "Adanaspor"da forma geyinib. Geridə qalan mövsümdə isə o, TFF 1-ci liqada mübarizə aparan "Osmanlıspor"un uğurları üçün çalışıb. 
 
29 yaşlı forvard Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış etdikdən sonra 2012-ci ildə Seneqalın U-23 yığmasında oynamağa başlayıb. Amma o, bu yığmalardan heç birinin əsas komandasına dəvət almayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest