Ukraynanın "Aleksandriya" klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Kiprin AEL (Limassol) klubu ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib. "Aleksandriya" hər hissədə qapısından bir top buraxıb – 0:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest