Argentina Futbol Federasiyası (AFA) kapitanı Lionel Messi üçün Apelyasiya Məhkəməsinə müraciət edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, federasiya ulduz futbolçunun Amerika Kubokunun çili ilə bürünc medal uğrundakı qarşılaşmasında (2:1) aldığı qırmızı vərəqənin haqsız olduğu qənaətindədi.

Bu üzdən qurum vərəqənin ləğvini tələb edib. AFA həmçinin Messinin də məktubunu KONMEBOL-a göndərəcək. Ancaq həmin məktubda korrupsiya ittihamları ilə bağlı üzrxahlıq mesajının olub-olmayacağı bilinmir.

Qeyd edək ki, Messinin üzr istəməyəcəyi təqdirdə 2 il müddətinə yığmadan kənarlaşdırılma cəzası alması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest