"Sumqayıt"ın Türkiyə toplanışı çərçivəsində ilk yoxlama görüşündəki rəqibi müəyyənləşib. "Gənclik şəhəri" təmsilçisi Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşacaq. "Petrolul" daha iki yoxlama görüşü keçirəcək ki, sonuncu rəqib məhz "Sumqayıt" olacaq.

"Sumqayıt"ın Türkiyə toplanışı çərçivəsində ilk yoxlama görüşündəki rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, "gənclik şəhəri" təmsilçisi bu ölkənin klubu "Petrolul"la qarşılaşacaq. Hazırda qonşu ölkədə təlim-məşq toplanışında olan "Petrolul" daha iki yoxlama görüşü keçirəcək ki, sonuncu rəqib məhz "Sumqayıt" olacaq. Ayxan Abasovun yetirmələri iyulun 21-də "Petrolul"la üz-üzə gələcək.

Qeyd edək ki, ölkə daxilindəki təlim-məşq toplanışına dünən yekun vuran "Sumqayıt" iki yoxlama görüşü keçirib ("Keşlə" - 2:1, "Sabah" - 0:2).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest