İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi ukraynalı hücumçu Ruslan Malinovskini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikanın "Genk" klubundan transfer olunan forvardla 5 illik müqavilə imzalanıb.
 
İtaliya mətbuatı "Atalanta"nın 26 yaşlı futbolçunun transferinə görə 13,7 milyon avro təzminat ödəyəcəyini yazır.
 
Donetsk "Şaxtyor"unun yetirməsi olan Malinovski, ölkəsində icarə əsasında "Sevastopol" və "Zarya" klublarının da şərəfini qoruyub. 2015-ci ildən isə o, "Genk"də çıxış edirdi. Ukrayna yığmasında 20 oyun keçirən futbolçu 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest