"Atletiko" yay transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi "Espanyol"dan Mario Hermosonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Real"ın yetirməsi olan Hermoso, 2017-ci ildən "Espanyol"da çıxış edirdi.
 
Hermoso "Atletiko"nun bu yay aldığı 8-ci yeni futbolçudu. Madrid klubu daha öncə Felipe Monteyro, Renan Lodi, Markos Lyorente, Hektor Herrera, Joao Feliks, İvan Şaponyiçi və Kiran Trippyeri transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest