2019-20 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" daha bir oyunçu ilə anlaşıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" xorvatiyalı futbolçu İvitsa Yuniçlə anlaşıb.

31 yaşlı müdafiəçi ilə müqavilə müddəti 6 aylıq nəzərdə tutulub.

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın "Tomislav" klubunda başlayıb. Yuniç ardınca Avstriyada "Singeringer", "Markt Sankt Martin", "Donau Lanqenlebarn", "Austriya-2", "Mattersburq-2", "Şteqensbax", Polşada QKS, Ukraynada "Volın", "çernomorets", Rusiyada "Orenburq" klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın "Atırau" komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.

Qeyd edək ki, "Qəbələ" bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest