Son olaraq "Zirə"də çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu Pərdis Fərcad-Azadın "Keşlə"yə qayıtdığını xəbər vermişdik. Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu bir neçə gün öncə əvvəlki klubunun düşərgəsinə gəlmiş və hətta tibbi müayinədən də keçmişdi.
 
Klub rəhbərliyi ilə bütün məsələlərdə razılığa gəldiyi bildirilən futbolçunun tezliklə rəsmi müqaviləyə imza atması gözlənilirdi. Amma əldə etdiyimiz məlumata görə, Fərcad-Azad "Keşlə" ilə müqavilə bağlamayıb. O, artıq klubun düşərgəsini tərk edib. 
 
Xatırladaq ki, Pərdis Fərcad-Azad 2016-2018-ci illər aralığında "Keşlə"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest