Sabah Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək. Matc.az xəbər verir ki, görüşlər 19-21 aprel aralığında keçiriləcək.
Tura Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək. Avrokuboklara iddia edən komandaların bu qarşılaşmasına maraq böyükdü.
Ertəsi gün baş tutacaq “Zirə” – “Neftçi” qarşılaşması da bu mənada böyük önəm kəsb edir.
Premyer Liqa
XXXI tur
19 aprel (cümə)
16:30. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu
20 aprel (şənbə)
16:30. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu
19:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
21 aprel (bazar)
16:30. “Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu
19:00. “Araz-Naxçıvan” – “Səbail”
“Liv Bona Dea Arena”