Bu gün Yüksək Liqada mövsümün sonuncu - XX turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, "Record club" çempionatdan kənarlaşdırıldığı üçün "Baku Fire" 3 xalı meydana çıxmadan qazanacaq. "CBC Sport"la canlı yayımlanacaq "Araz-Naxçıvan" – U-19 matçından sonra mükafatlandırma mərasimi keçiriləcək.