“Arsenal”ın yarımmüdafiəçisi Çarli Patino karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu A seriyasının iki nəhənginin maraq dairəsinə düşüb.

İngiltərənin gənclərdən ibarət millisinin üzvü uğrunda “Yuventus” və “Roma” mübarizə aparırlar. Hər iki klub gənc oyunçunu yayda heyətinə qatmağa çalışır. Patino hazırda icarə əsasında “Suonsi”nin formasını geyinir.

Qeyd edək ki, Çarli Patino cari mövsüm “Suonsi”nin heyətində 34 oyunda 4 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest