21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib. Matc.az xəbər verir ki, qarşılaşma Sumqayıtda baş tutacaq.

Belə ki, noyabrın 14-də “Kapital Bank Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupda keçirdiyi 5 oyunda 3 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest