Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində sentyabrın 4-də "Kəpəz" və "Şamaxı" komandaları arasında keçiriləcək oyuna artıq 7000 bilet satılıb.
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində sentyabrın 4-də "Kəpəz" və "Şamaxı" komandaları arasında keçiriləcək oyuna artıq 7000 bilet satılıb.
Matc.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Futbol həvəskarları biletləri həm iticket.az saytı vasitəsilə, həm də Gəncə Şəhər Stadionunun kassalarında əldə edə bilərlər. Qarşıdakı görüşə biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Bilet satışı bu templə davam edərsə, avqustun 30-da "Kəpəz" - "Turan Tovuz" oyununda qeydə alınan 13500 tamaşaçı rekordunun yenilənəcəyi gözlənilir.
Xatırladaq ki, "Kəpəz" – "Şamaxı" matçı sabah saat 20:15-də başlanacaq.












