İspaniya millisinin baş məşqçisi postunda yenidən dəyişiklik olub. Matc.az saytının məlumatına görə, İspaniya Kral Futbol Federasiyası Luis Enrikeni bu vəzifəyə qaytarıb.

Vəfat etmiş qızının səhhəti ilə əlaqədar sentyabrda istefa verən çalışdırıcını federasiya yenidən qaytarmaq qərarına gəlib. O, gedişindən sonra bu posta gətirilən Robert Morenodan işini geri alıb.

Qeyd edək ki, İspaniya millisi hələ ötən aydan Avropa çempionatına vəsiqə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest