“Milan”ın baş məşqçisi Ruben Amorim UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda “Olimpiakos”la keçirəcəkləri oyun barədə danışıb.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşma öncəsi mətbuat konfransında rəqibin güclü komanda olduğunu bildirib.

“Olimpiakos" aqressiv komandadır. Xüsusilə də doğma meydanda çox təhlükəlidirlər. Mən burada iki dəfə oynamışam və hər iki görüş mənim üçün çətin keçib. Onlar güclü komandadırlar. Azarkeşlərinin dəstəyi ilə qarşıdakı oyunun bizim üçün çətin olacağı şübhəsizdir”, - deyə çalışdırıcı qeyd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest