Almaniyanın "Leyptsiq" klubu Fransa "Monako"sunda icarədə olan hücumçusu Jan-Kevin Auqustini geri qaytarıb. Matc.az xəbər verri ki, knyazlıq təmsilçisi 22 yaşlı futbolçunu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.
 
Lakin Almaniya təmsilçisi futbolçusunun müqavilənin sonunadək "Monako"da qalmasını istəməyib. Bu üzdən də Jan-Kevin vaxtından öncə doğma klubunun düşərgəsinə dönməli olub.
 
Auqustin bu mövsüm "Monako"da 1 oyuna çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest