Avrokuboklarda 2025/2026 mövsümünə start verilir. Matc.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
I təsnifat mərhələsi Finlandiyada başlayacaq. Bu yarışda ölkəmizi təmsil edəcək Azərbaycan çempionu "Qarabağ" yarışa II təsnifat mərhələsindən qoşulacaq. Komandamızın potensial rəqibləri "Şelburn" (İrlandiya) və "Linfild" (Şimali İrlandiya) sabah üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
8 iyul
19:00. KuPS (Finlandiya) - "Milsami" (Moldova)
20:00. "İberiya 1999" (Gürcüstan) - "Malmö" (İsveç)
20:00. "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro)
20:30. "Levadiya" (Estoniya) - RFŞ (Latviya)
21:00. "Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan)
22:00. TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya)
22:00. "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq)
22:00. "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq)
23:00. "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina)
23:00. "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya)
Qeyd edək ki, I təsnifat mərhələsinin qalan 4 görüşü sabah baş tutacaq. Mərhələnin cavab görüşləri 15-16 iyulda keçiriləcək.