Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub. 
 
"Konyaspor" – "Antalyaspor" matçında qapılara qol vurulmayıb. "Qaziantep" - "Hatayspor" görüşü də bərabərliklə bitib. "Dənizlispor" evdə "Fatih Karagümrük"ə məğlub olub.
 
Səfərdə "Yeni Malatyaspor"la qarşılaşan "Qalatasaray"a qələbə üçün bir qol bəs edib. Lider "Beşiktaş" isə "Göztəpə" ilə ev oyunundan qalib ayrılıb.
 
Türkiyə Super Liqası
21-ci tur
23 yanvar
 
Gənclərbirliyi – Trabzonspor 1:2
Qol: Piris, 86-pen – Djanini, 36. Ekuban, 54.
 
Başakşəhər – Rizəspor 1:1
Qol: Topal, 64 – Samu, 49-pen.
 
24 yanvar
 
Konyaspor – Antalyaspor 0:0
 
Dənizlispor – Fatih Karagümrük 1:2
Qol: Diskerud, 88 – Borini, 44. Ndao, 78.
 
Yeni Malatyaspor – Qalatasaray 0:1
Qol: Babel, 88.
 
Beşiktaş – Göztəpə 2:1
Qol: Lyayiç, 49. Abubakar, 77 – Tripiç, 39.
 
Qaziantep – Hatayspor 1:1
Qol: Cefferson, 30 - J.Morais, 90+8.
 
25 yanvar
 
17:00 Kasımpaşa – Sivasspor
20:00 Alanyaspor – Ankaragücü
20:00 Fənərbaxça – Kayserispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest