17 İyul 2025, 10:27
FUTBOL
“Flamenqo” Kastelyanosu heyətinə qata bilsə, o zaman Juninyo ilə bağlı təklifləri dəyərləndirəcək. Çünki digər hücumçu Pedro zədədən əziyyət çəksə də, məşqçilər korpusu onun komandada qalmasının tərəfdarıdır.
“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavionun “Flamenqo”dan ayrılmaq variantı yenidən gündəmə gəlib. Matc.az xəbər verir ki, buna səbəb komandanın yeni hücumçu transferinə hazırlaşmasıdır.
Belə ki, “Flamenqo” “Latsio”nun forvardı Tati Kastelyanosu transfer etmək üçün qarşı tərəflə danışıq aparır. İtaliya klubu Argentina millisinin üzvünün satışından 35 milyon avro qazanmağı planlaşdırır.
“Flamenqo” Kastelyanosu heyətinə qata bilsə, o zaman Juninyo ilə bağlı təklifləri dəyərləndirəcək. Çünki digər hücumçu Pedro zədədən əziyyət çəksə də, məşqçilər korpusu onun komandada qalmasının tərəfdarıdır.
Qeyd edək ki, Juninyo Olavio “Flamenqo”ya bu ilin əvvəlində 5 milyon avro qarşılığında “Qarabağ”dan keçib. Onunla maraqlanan klublar arasında sabiq komandasının da adı hallanır.