02 Dekabr 2023, 23:00
FUTBOL
“Barselona"nın baş məşqçisi Xavi "Atletiko”nun hücumçusu Alvaro Moratanı Kataloniya klubunda görmək istədiyini, lakin transferin baş tutmadığını bildirib.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Düzdür, onu almaq istəyirdim. Belə bir fürsət var idi. Onunla danışdım və komandamda olmasını istədim. Amma bu baş vermədi. Morata mənim çox xoşuma gələn əla hücumçudur. O, komanda üçün çox çalışan səxavətli futbolçudur. Onunla və Qrizmannla "Atletiko"nun dünya səviyyəli hücum xətti var".
Qeyd edək ki, bu mövsüm 31 yaşlı Morata Madrid klubunun heyətində 17 matçda 12 qol vurub.