26 Dekabr 2024, 19:16
FUTBOL
"Mançester Siti" noyabrın 1-dən İngiltərə Premyer Liqasının ən pis komandasıdır.
Matc.az xəbər verir ki, ispaniyalı baş məşqçi Xosep Qvardiolanın komandası mümkün 27 xaldan 5 xal qazanıb. Bu müddətdə İngiltərə çempionatının doqquz görüşündə "şəhərlilər" iki dəfə heç-heçə edib, bir dəfə qalib gəlib və altı dəfə məğlub olublar.
Ümumilikdə, bu il noyabrın 1-dən İngiltərənin son çempionu bütün yarışlarda komanda 13 oyun keçirib və bir dəfə qalib gəlib.