Pankration, Grappling və MMA Federasiyasının Grappling idman növü üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Əkbər Hadıyev bu vəzifəyə təyin olunub.

O, bundan əvvəl sözügedən federasiyanın Grappling bölməsinin baş hakimi kimi fəliyyət göstərib.

Əkbər Hadıyev 2011-ci ildən etibarən Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının yığma komandasının üzvü kimi bir çox yarışların iştirakçısı və mükafatçısı olub. İdmançı karyerasında bir sıra vacib uğurlara imza atan Hadıyev 2012-ci ildə Pankration üzrə dünya birinciliyinin bürünc mükafatçısı, 2014-cü ildə MMA üzrə dünya kubokunun gümüş mükafatçısı, 2015-ci ildə dünya çempionu adına layiq görülüb. O, həmçinin 2017-2018-ci illərdə Grappling üzrə dünya birinciliyinin gümüş mükafatçısı olub.

Qeyd edək ki, Əkbər Hadıyev ötən il gənclər və idman naziri Azad Rəhimov tərəfindən Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest