"Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Stiller "Real"a keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat verib.

İspaniya klubu Bundesliqada kifayət qədər yaxşı çıxış edən 24 yaşlı almaniyalı yarımmüdafiəçiyə diqqət yetirir.

Bildirilir ki, Stiller "Real"ın ona göstərdiyi marağı ötən yay "Mançester Yunayted"dən də təklif aldığı vaxt xəbər tutub. Lakin o, bu mövsüm Almaniyada qalmağa qərar verib.

Qeyd edək ki, ötən mövsüm Stiller 47 oyun keçirib, 4 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun "Ştutqart"la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Stillerin Almaniya millisində artıq 5 oyunu var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest