"Hamıdan çox ondan qorxurdum. Növbəti sırada “Mançester Yunayted”li Ueyn Runidi"

“Çelsi”nin sabiq kapitanı Con Terri Premyer Liqada üz-üzə gəldiyi ən güclü hücumçuları açıqlayıb. Matc.az xəbər verir ki, keçmiş mərkəz müdafiəçisi müdafiəçisi 4 forvardı fərqləndirib.
 
“Arsenal”dan Tyerri Anri üz-üzə gəldiyim ən yaxşı oyunçu idi. Hamıdan çox ondan qorxurdum. Növbəti sırada “Mançester Yunayted”li Ueyn Runidi. O, dünya səviyyəli futbolçu idi və inanılmaz uğur qazanmışdı. Çoxları onu az qiymətləndirir. “Mançester Siti”dən Serxio Aquero və “Tottenhem”dən Harri Keynə qarşı oynamaq da çətin idi” - deyə, Terri bildirib.
 
Qeyd edək ki, Con Terri karyerası ərzində 1998-2017-ci illərdə “Çelsi”nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest