Bu yay Almaniyada keçiriləcək Avropa çempionatının (AÇ-2024) oyunlarını idarə edəcək baş hakimlərin adları bəlli olub. Matc.az  xəbər verir ki, siyahıda 18 ədalət təmsilçisinin adı var.
 
Onların arasında türkiyəli FIFA referisi Halil Umut Meler də yer alıb.
 
Fitini AÇ-2024-də səsləndirəcək hakimlərin siyahısı belədir: Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Halil Umut Meler (Türkiyə), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).
 
Qeyd edək ki, qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest