“Barselona”nın sabiq yarımmüdafiəçisi İvan Rakitiç 2017/2018 və 2018/2019 mövsümlərində Kataloniya klubunun Çempionlar Liqasından kənarlaşdırılmasından danışıb. Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu bildirib ki, həmin mövsümlərdə öz günahları ucbatından uduzublar:

“2018 və 2019-cu illərdə Çempionlar Liqasını öz günahımız ucbatından uduzduq. Rəqiblərimiz, əlbəttə ki, qələbəyə layiq idilər, amma hiss olunurdu ki, biz kifayət qədər səy göstərmirik. Bəlkə də qalib gəlməkdən yorulmuşduq. Bu qədər qalib gələndə konsentrasiyanı itirirsən, təfərrüatlara fikir vermirsən. 2015-ci ildə Çempionlar Liqasının son qələbəsi? Bəli. Bu isə əlavə təzyiq yaradır, çünki “Real” dəfələrlə qalib gəlib”.

2019-cu ildə kataloniyalılar ilk yarımfinal oyununda “Liverpul”a 3:0 hesabı ilə qalib gəlsələr də, cavab matçında 0:4 hesabı ilə uduzaraq, turniri tərk edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest