“Feyenord”un baş məşqçisi Arne Slot mövsümün sonunda “Liverpul”un sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis İngiltərə klubunu çalışdıracağını istisna etməyib.
 
O, “Liverpul” rəhbərliyi ilə danışıqlar apardığını təsdiqləyib: “Liverpul”un yeni baş məşqçisi olmaq istərdim, mənim qərarım açıqdı. Klublar danışıqlar aparır, onların razılığa gəlməsini gözləyirəm”.
 
Qeyd edək ki, “Feyenord” və “Liverpul” rəhbərliyi hazırda Slotun müqaviləsinə xitam verilməsi qarşılığında ödəniləcək təzminatın məbləğini müzakirə edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest