"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bildirib ki, Andrey Lunin Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab oyununda madridlilərin əsas heyətində meydana çıxacaq.
 
Matc.az xəbər verir ki, "Real"ın əsas qapıçısı Tibo Kurtua keçən ilin avqustundan bəri ilk dəfə ötən həftə meydana çıxıb. Belçikalının dönüşü La Liqanın 34-cü turunun "Kadis"lə oyununa (3:0) təsadüf edib.
 
“Sabah Lunin oynayacaq. Kurtua ən yaxşı formasını əldə etmək üçün vaxta ehtiyac duyur. O, "Kadis"ə qarşı oynadı, çünki çox yaxşı məşq etdi, inamla əla oyun göstərdi, lakin o, hələ də ən yaxşı səviyyəsinə çata bilməyib" - Ançelotti deyib.
 
“Bavariya” və “Real” arasında keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
 
Cavab oyunu mayın 8-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest