"Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Son matçlarda yaxşı oyun nümayiş etdiririk. Təəssüf ki, aşağı liqaya düşürük".

"Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Son matçlarda yaxşı oyun nümayiş etdiririk. Təəssüf ki, aşağı liqaya düşürük".

Matc.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze  Misli Premyer Liqasının 35-ci turunda  "Araz-Naxçıvan" qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib: "Fubolçular öz peşakarlıqlarını göstərib oyunlara yaxşı köklənirlər. Daha çox qol vura bilərdik. Çoxlu qol epizodlarımız oldu. Premyer Liqada qalsaydıq, gələn mövsüm yaxşı yerlər uğrunda mübarizə apara bilərdik. Nə edək? Həyat mübarizədir".

- Futbolçuların keyfiyyətindən şikayət edirdiniz. Amma komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşəndən sonra onlar daha yaxşı oynamağa başladı. Nə baş verdi?

- Keyfiyyətin aşağı olmasını deməmişəm. Fərdi səhvlərin çox olduğunu bildirmişəm. Bu gün müdafiədə səhvlərə yol vermədik deyə qol buraxmadıq. Amma diqqətli olsaydıq, 6 qol vura bilərdik. Bunun üzərində çox çalışmalıyıq. Əksər matçarlda yaxşı oynamışıq. Ya bəxtimiz gətirməyib ya da ustalıq çatmayıb. "Neftçi" ilə oyunda biz 5 zərbə vurduq, amma fərqlənə bilmədik. Onlar isə 1 zərbədən qol vurdular. 

- Düşünmürsüz ki, "Qəbələ"nin Premyer Liqanı tərk edəcəyi dəqiqləşəndən sonra futbolçular özlərini başqa klublara göstərirlər?

- Hər şey haqda danışa bilərik. Amma fakt birdir, komanda Premyer Liqanı tərk edib. Hər futbolçu özünü də fikirləşməlidir. Buna normal baxıram. Amma bunun pis tərəfi də var ki, oyunçu gərginlik zamanı yaxşı performans göstərə bilmir. Gərginlik azalandan sonra isə daha yaxşı çıxış edir. Futbolda hər zaman gərginlik olur. Bunun öhdəsindən gəlməlisən.

Sportal.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest