08 May 2024, 12:15
FUTBOL
Matçın 90+9-cu dəqiqəsində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib.
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Turan Tovuz” – “Zirə” oyunu (1:2) ilə də bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, İntizam Komitəsinin bu gün baş tutan iclasında hər iki kluba sanksiyalar tətbiq edilib.
Matçın 90+9-cu dəqiqəsində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib.
Görüşdə “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubuna 700 manat cərimə kəsilib.