Portuqaliya yığmasının sabiq oyunçusu Nani futbol klubu alıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” nəşri yayıb.

Bildirilir ki, o, bir neçə investorla birlikdə “Sintrense” klubunun səhmlərinin 95 faizinə yiyələnib.

112 yaşlı klub Naninin doğulduğu yerə yaxın olan, Lissabonun şimal-qərbində yerləşən Sintreni təmsil edir. Komanda hazırda Portuqaliyanın dördüncü divizionunda çıxış edir.

Qeyd edək ki, bu yay Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılan 37 yaşlı futbolçu hazırda azad agentdir və karyerasını davam etdirmək niyyətindədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest