09 Oktyabr 2024, 13:28
FUTBOL
Futbol agentliyi “Scores Sports Management” “Barselona”ya qarşı iddia qaldırıb. Matc.az xəbər verir ki, şirkət Usman Dembelenin 2023-cü ilin avqustunda PSJ-yə transferinə vasitəçilik etdiyi üçün 10 milyon avro qonorar almalı olduğunu düşünür.
Ancaq ispanlar bu iddiadan imtina edib. Fransa nəhənginin Dembele üçün 50 milyon avro təzminat ödədiyi vurğulanır. Lakin vingerin müqaviləsində bu məbləğin 25 milyon avrosunun futbolçunun nümayəndəsinə aid olduğu vurğulanıb.
Qeyd edək ki, 27 yaşlı Dembele 2017-2023-cü illərdə “Barselona”da çıxış edib.